AZERSUN HOLDING
Vakansiyanın adı: Elektronikçi
Azərsun Holdinqin Biləsuvar rayonunda yerləşən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin tərkibində yerləşən Biləsuvar Konserv Zavodu üçün Elektronikçi vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:
İş haqqında məlumat:
Elektron texnikasına texniki xıdmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirir;
Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir;
Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
Avadanlığın istifadə oiunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir;
elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır;
Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatları tərtib edir;
Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir;
Namizədə aid tələblər:
20-40 yaş arasında kişilər
Ali təhsilli olmalı;
MS Office proqramlarını bilməli;
2 il Elektronikçi vəzifəsində təcrübəsi olmalı;
Diqqətli və məsuliyyətli olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Elektronikçi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.