Kredit Meneceri (Ağstafa filialı)

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 19.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kredit meneceri (Ağstafa filialı)

Mol Bulak Bank Olmayan Kredit Təşkilatı Ağstafa filialına kredit meneceri vakansiyası üzrə işçi yığımı elan edir.

Kredit meneceri  aşağıdakı tələblərə cavab verməlidir:

• Maliyyə/Kredit sahəsində minimum 3 il iş təcrübəsi
• Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması
• Ali ixtisas təhsili (iqtisadi təhsili olanlara üstünlük verilir)
• Azərbaycan dilini mükəmməl bilmək
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması)
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər
• Məqsədə doğru irəliləmə və liderlik  xüsusiyyətləri

Əmək haqqı: razılaşma yolu ilə

CV-lərinizi azərbaycan və ya rus dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız göstərilən kriteriyalara uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.

Şirkət ilə bağlı daha ətraflı məlumat, o cümlədən,  digər aktiv vakansiyalar ilə bağlı məlumat rəsmi  www.molbulak.com  səhifəmizdən əldə edilə bilər