Risklərin idarəedilməsi departamentinə Mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 15.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PASHA Sığorta şirkəti Risklərin idarəedilməsi departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Əsas öhdəliklər:

1. Risk ölçülərinin monitorinqinə nəzarət
2. Şirkətin insident kataloqunu müntəzəm yeniləmək və rəhbərliyə bu barədə periodik hesabatlar hazırlamaq
3. Mətbuatın dövrü monitorinqini həyata keçirmək
4. Şirkətdə həssaslıq testinin keçirilməsi
5. Yeni risklərin aşkarlanması və uçotu
6. Tədbirlər planının hazırlanması və monitorinqi
7. Risklərlə bağlı periodik hesabatların hazırlanması
8. Şirkətin bütün səviyyələrində risk anlayışını bərqərar etmək və möhkəmləndirmək

Tələb olunan göstəricilər və bacarıqlar:

1. İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil (xarici təhsili olanlara üstünlük verilir)
2. Risk, maliyyə, audit, iqtisadi təhlil üzrə 1 il iş təcrübəsi
3. MS office proqramları üzrə qabaqcıl istifadə biliyi;
4. Yaxşı səviyyədə azərbaycan, ingilis və rus dilləri biliyi;
5. Risklərin, investisiyanın, proseslərin, layihələrin və ya vaxtın idarəolunması sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir
6. Təqdimetmə bacarığı, analitik və məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti

Son müraciət tarixi: 02 mart 2015-ci il

Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.