Turizm üzrə menecer

  • Travel Case
  • Elanın qoyulma tarixi: 11.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Turizm üzrə menecer
 
İş barədə məlumat
 
- Turların hazırlanması və satışı
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Şirkətin məhsullarının maksimal şəkildə satışını həyata keçirmək
- Şirkətlərlə əlaqələrin qurulması
- Müştərilərin axtarışı və cəlb edilməsi
- Fərdi və qrup turlarının hazırlanması
- Otellərin bronlaşdırılması
- Sığorta yazılması
- Aviabiletlərin bronlaşdırılması və satışı
- Müştərilərin sorğularını vaxtında və işgüzar formada cavablandırmaq
- İşgüzar yazışmaların aparılması
- İş saatları: 10:00–19:00; şənbə günü 10:00-16:00
- İstirahət günü - bazar günü
 
Namizədə tələblər
 
- Turizm ixtisası üzrə Ali təhsil  (Azərbaycan Turizm İnstitutu və ya turizm ixtisası üzrə digər ali məktəblər)           
- Bronlaşdırma sistemləri (Amadeus və ya Gabriel) üzrə sertifikatın olması əlavə üstünlükdür   
- Müstəqil olaraq turlar hazırlamaq bacarığı
- Nizam-intizamlı
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Ofis proqramları ilə və ofis avadanlıqları ilə işləmək bacarığı
- Coğrafi biliklərə malik olmaq
- Müştərilərlə səlis və işgüzar, yüksək etik davranış qaydalarını bilmək və ünsiyyət qurma bacarığına malik olmaq
- İşə məsuliyyətli və ciddi yanaşmaq
- Turizm sahəsində ən azı 1 il təcrübəsi olan şəxslər
 
Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaqdır. Xahiş olunur yalnız Turizm sahəsində təcrübəsi olanlar müraciət etsin. 
 
CV – ləri şəkillə birgə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Travel Case tərəfindən digər vakansiyalar