Merçendayzer

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 10.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Merçendayzer vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

Əsas tələblər:

• Orta və ali təhsil (Satışla əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir);
• Satış sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlist danışıq bacarığı olmalı (rus və türk dilində bilənlərə üstünlük verilir);
• Ünsiyyət, razı salma bacarığı;
• Pozitiv, gülərüz və diqqətcil olmalı;
• Riyazi hesablama qabiliyyəti olanlara üstünlük verilir;
• Yaş aralığı 18 – 30.

İş funksiyası

• Satış nöqtələrində yeni məhsulların təqdimatını keçirmək;
• Məhsulların daha yaxşı yerlərdə nümayişini təşkil etmək;
• Malların istehsal tarixini və əmtəə görünüşünü yoxlamaq;
• Rəf payı və müştəri məmnuniyyətini təmin etmək üçün işlər görmək;
• Şirkətin keyfiyyət siyasəti haqqında satış nöqtələrini məlumatlandırmaq;
• Ona verilmiş reklam ləvazimatlarını səmərəli bir şəkildə istifadə etmək;
• Gündəlik fəaliyyət hesabatlarını təqdim etmək.

Göstərilən tələblərə cavab verən namizədlər 01.04.2015  tarixinədək www.azersunhr.com saytına müraciət edə bilər və yaxud [email protected] elektron ünvanına cv-lərini göndərə bilərlər. Cv göndərərkən mövzu hissəsində vəzifənin adı (“Merçendayzer”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi