Problemli Kreditlər Şöbəsinin Rəhbəri

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 02.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №080/15  

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün PROBLEMLİ KREDİTLƏR ŞÖBƏSİNİN RƏHBƏRİ  vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 
Bu vəzifənin əsas məqsədi gecikmədə olan problemli kreditlərin məhkəməyədək həll edilməsi istiqamətində tədbirlərin görülməsinin təmin edilməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Şöbənin idarə edilməsini həyata keçirmək və ümumi işin düzgün təşkili;
• Şöbəyə həll edilməsi üçün verilmiş problemli kredit işlərinin mümkün effektiv həlli üçün tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Problemli kreditləri təhlil etmək və problemin yaranma səbəblərini araşdırmaq;
• İşçilərin icra edilməsinə verilmiş işlərin mərhələlər üzrə və təşkilatdaxili qaydalara uyğun aparılmasına nəzarət etmək;
• Şöbənin aylıq hesabatlarını hazırlamaq və Hüquq Departamentinin Rəhbərinə təhvil vermək;
• Rəhbərlik tərəfindən tapşırılmış digər aidiyyatı vəzifələri yerinə yetirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil (Ali hüquq təhsili olanlara üstünlük veriləcək);
• Bank sektorunda problemli kreditlər sahəsi üzrə azı beş il iş tcərübəsinə malik olmaq;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• İdarəçilik qabiliyyəti;
• Müştəri ilə ünsiyyət bacarığı;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 08 fevral 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№080/15) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi