Avtokar (Forklift) sürücüsü

İşin təsviri

Avtokar (Forklift) sürücüsü

Vəzifə və öhdəlikləri:

 Daşımaları təhlükəsiz yerinə yetirmək;
 Materialların daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq (qəbul, yola salma, istehsal xətti üzrə tələblər, və s.);
 Daşıma və qaldırıcı avadanlıların istismar üçün yararlı olub-olmadığını yoxlamaq (yükqaldıran qurğuların batareyalarının dolu olması);
 Daşımalar üzrə gündəlik təlabat ilə əlaqədar daşıma və qaldırma avadanlıqlarının istifadəyə yararlılığını yoxlamaq;
 Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olmamasına nəzarət etmək və zəruri ehtiyat tədbirlərini həyata keçirmək;
 Gündəlik fəaliyyət barədə hesabat vermək;
 Avtoyükləyici, mobil qaldırıcı mexanizmlərdən, əl arabasından və s. istifadə etmək;
 İstifadə edilən materialların keyfiyyəti və kəmiyyətinə dair müşahidələr aparmaq və müvafiq tövsiyələr vermək;
 Yük maşınlarını, furqonları, və digər nəqliyyat vasitələrini yükləmək və boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərdə boşaltmaq;
 Xammalı və komponentləri saxlama anbarları, istehsal xətləri və ya maşınlara daşımaq;
 Hazır məhsullar üçün konteynerləri anbar və ya maşınların yaxınlığına çatdırmaq;
 Materialların daşınması və saxlanması ilə əlaqədar prosedurlara dəyişikliklər barədə məlumatlı olmaq;
 Təhlükəli materialların daşınması üçün müəyyən olunmuş qaydalara ciddi riayət etmək;
 İstismara hazır avadanlıqları sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun təmizləmək;
 Müntəzəm qaydada texniki xidmətin göstərilməsini həyata keçirmək və daşınma xidmətinin heyətinə nöqsanlar barədə məlumat vermək.

Tələblər:

 Avtokar (Forklift) idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikat;
 Yükləmə- boşaltma işlərinin təşkilini;
 Müvafiq vəzifədə 1-2 il iş təcrübəsi.

İş Şərtləri:

İş qrafiki: Bazarertəsi – Şənbə: 08:00-18:00
Təminatlar: Nəqliyyat servisi və nahar

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Avtokar (Forklift) sürücüsü” yazaraq CV-lərini [email protected] elektron ünvanına 15.02.2015 tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

İşəgötürənin reytinqi