Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer

İşin təsviri

Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer

Vəzifə və öhdəlikləri:

 İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
 İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
 Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
 Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
 Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
 Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
 Fərdi fəaliyyət planı tərtib etmək;
 Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
 Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
 Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
 Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
 Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
 Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
 Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
 Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
 Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq tikinti işlərinin keyfiyyəti ilə bağlı məsələlərdə şirkətin dizaynerlərinə (memar və mühəndislər) yardım etmək;
 Prosedurlar KZ və KN üzrə Mütəxəssislər tərəfindən tətbiq edilir lakin bu prosesin yoxlanması və nəzarəti KZ və KN üzrə Menecer tərəfindən həyata keçirilir.

Tələblər:

 Azərbaycan və İngilis dili biliyi;
 Tikinti sahəsində 8-10 il iş təcrübəsi;
 İş qrafiki: Bazar ertəsi-Şənbə;
 İş yeri: Bakı və Gəncə şəhəri.
 
Şirkət tərəfindən qarşılanan təminatlar:

 Nahar;
 Telefon danışıqları.

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer” yazaraq CV-lərini [email protected] elektron ünvanına 15.02.2015 tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi