Satış üzrə Konsultant

İşin təsviri

Deceuninck Azərbaycan

İş barədə məlumat:

Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara brend və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi.
Sualların əsaslandırılmış formada cavablandırılması.
Müştərilərin istəklərini dinləmək və ona uyğun təkliflərin hazırlanması və göndərilməsi.
İndividual istəklərə uyğun pəncərə sistemlərinin hesablanması və qiymət təkliflərinin hazırlanması.
Pəncərə sistemlərinin seçimində müştərilərə yardım edilməsi,  lazımı məsləhətlərin verılməsi, kataloqlarla seçim etməyə  yardımçı olmaq.
Müştəri portfelinin yaradılması və satış bazarında olan  rəqiblər, öz sahəsinə aid olan və onların təklif etdiyi əmtəə və mallar haqqında internet üzərindən araşdırmaların aparılması.

İş rejimi: 6 gün (9:00-19:00, bazar günü istirahət günüdür)

Namizədə tələblər:

Yaş həddi  20-30 (xanım namizədlər)
Təhsil ali və orta texniki (İnşaat, memarlıq, dizayn üzrə arzuolunandır)
Dil bilikləri- Azərbaycan, Rus dili
İş təcrübəsi  1-3 il
Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı.
Riyazi hesablamaların aparma qabiliyyəti.
Dizayn proqramlarından anlayışın olması arzu olunandır.

Yuxarıdakı tələblərə uyğun namizədlər cv-ləri [email protected]  ünvanına göndərə bilərlər.

Sizi öz kollektivimizdə görməyə şad olarıq!