Verilənlər bazasının administratoru

  • Unibank
  • Elanın qoyulma tarixi: 14.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sektor: Maliyyə/Bank

Vəzifə : Verilənlər bazasının administratoru

Departament: Verilənlərin baza Administratoru

Müqavilə şərtləri: Daimi
 
Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq.   İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 
 
Başlıca öhdəliklər və məsuliyyətlər

• Verilənlər bazası və application serverlərin daimi müşahidəsi
• Verilənlər bazaların işinin optimallaşdırılması üzrə işlərin həyata keçirilməsi
• Test və developement üçün əsas bazaya uyğun olan bazaların yaradılması
• Verilən bazaların ehtiyyat sürətlərin çıxarılması və bərpa edilməsi: RMAN Backup, Exp/Imp, Data guard
• İşin avtomatlaşdırılması üçün skriptlərin yazılması
 
Namizədə olan peşəkar tələblər

• RedHat Linux, HP-UX əməliyyat sistemləri üzrə biliklər
• Core  parametrlərin quraşdırılması və sazlanması
• Disk sistemlərin (LVM) konfiqurasiyası və sazlanması
• Shell Scripting üzrə biliklər
• Oracle verilənlər bazası arxitekturası üzrə biliklər
• Məlumatların fiziki strukturu
• Məlumatların məntiqi strukturu
• Oracle verilənlər bazısını quraşdırılması və sazlaması. Patçların quraşdırılması
• Ehtiyyat sürətlərin çıxarılması və bərpası
• Physical / Logical Standby yaradılması və sazlanması
• Oracle Weblogic / Oracle iAS üzrə biliklər

Namizədin Profili
 
• Ali təhsil  (Ali iqisadi təhsilə üstünlük verilir)
• 3 il iş təcrübəsi
• Azərbaycan və rus dilini bilmək
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Yüksək qavrama və öyrənmə qabiliyyəti
• Sərbəst işləmə bacarığı
• Məsuliyyətli və dəqiq olmaq
• Ünsiyyət qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkili ilə 15.02.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Verilənlər bazasının administratoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

İşəgötürənin reytinqi