Online satış üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Wolt və Bolt üzərindən bütün filialların hesablarının idarə olunması;
  • Məhsul menyularının təsvirlərinin daim yenilənməsi, vizual keyfiyyətinin qorunması;
  • Satış performansının (sifariş sayı, reytinq, ortalama çek və s.) nəzarətdə saxlanılması və analizi;
  • Gündəlik əməliyyatların optimallaşdırılması: məhsul mövcudluğu, hazırlıq vaxtı, müştəri şikayətləri və s.;
  • Wolt və Bolt Food tərəfdaş menecerləri ilə əlaqə və mütəmadi hesabatların paylaşılması;
  • Müştəri rəylərinin izlənilməsi və xidmət keyfiyyətinin artırılması üçün filiallara yönləndirilmə;
  • Yeni filialların platformalara əlavə olunması və ilkin menyu qurulması.

Tələb olunan bilik və bacarıqlar:

  • Wolt və Bolt Food və ya digər delivery platformalarla işləmə təcrübəsi;
  • Marketinq, satış və ya əməliyyat idarəçiliyi sahəsində ən az 1 il iş təcrübəsi;
  • Excel və Google Sheets-də hesabat tərtibi bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
  • Komanda ilə ünsiyyət koordinasiya bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dili bilikləri üstünlükdür.

İş şəraiti:

  • İş yeri: Bakı (Mərkəzi ofis).
  • İş rejimi: Tam iş günü.
  • Nahar Şirkət tərəfindən qarşılanır.
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Online satış üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər.

Coffeemania tərəfindən digər vakansiyalar