Qrafik dizayner (Satıç yönümlü Dizayner)

İşin təsviri

Haqqımızda:
Ram Solutions MMC — korporativ bayraqlar və reklam məhsullarının istehsalı üzrə ixtisaslaşmış şirkətdir. Biz müştərilərimizə yalnız məhsul deyil, brend dəyəri yaradan dizayn və vizual həllər təqdim edirik. Hazırda komandamıza həm yaradıcılıq qabiliyyəti, həm də satış yönümlü düşüncə bacarığı olan peşəkar Qrafik Dizayner (xanım) axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ bayraq və reklam məhsullarının dizayn eskizlərinin hazırlanması
  • Müştəri tələblərinə uyğun dizayn variantlarının işlənməsi və təqdimatı
  • Çap üçün texniki tələblərə uyğun faylların hazırlanması
  • Müştərilərlə dizayn təqdimatı və məhsul satışı üzrə birbaşa kommunikasiya
  • Satış prosesinə dizayn və vizual dəstək göstərilməsi
  • Müştəri məmnuniyyətinin təmin olunması və sifarişlərin koordinasiyası

Tələblər:

  • CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop və Canva proqramlarını peşəkar səviyyədə bilmək
  • Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi
  • Çap və istehsal prosesi üzrə biliklər
  • Satış yönümlü düşüncə və təqdimat bacarığı
  • Kreativlik, estetik zövq və məsuliyyətli iş yanaşması
  • Aktiv, operativ və komanda ilə işləmə bacarığı

Əmək haqqı və bonus sistemi:

  • Aylıq əmək haqqı: 800 AZN (xalis)
  • Əlavə bonus: Satış nəticələrinə əsasən əlavə gəlir imkanı

İş qrafiki:

  • Həftə içi: Bazar ertəsi – Cümə
  • Saat: 10:00 – 18:00
  • Şənbə və bazar – istirahət günləridir

Şirkət: Ram Solutions MMC
İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küç.
İş rejimi: Tam ştat
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00–18:00
Yaş aralığı: 21–28
Cins: Xanım namizəd

Müraciət qaydası:
CV və portfolionuzu aşağıdakı ünvana göndərin:
📧 [email protected]
📞 +994554581626