Satış üzrə Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəyyən olunmuş ərazi üzrə tibbi avadanlıqların tanıdılması və satışı;
  • Mövcud müştəri bazası ilə işləmək (dövlət səhiyyə müəssisələri, özəl klinikalar);
  • Konfranslarda, sərgilərdə, şəxsi görüşlərdə və tövsiyələrdə təqdimatlar vasitəsilə yeni müştərilərin cəlb edilməsi;
  • Zənglər, danışıqlar, məhsul təqdimatlarının keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və formalaşdırılması.

Tələblər:

  • Tibbi avadanlıqların satışı üzrə təcrübə;
  • Layihə əsaslı satışlar üzrə təcrübə və anlayış;
  • Qeyri-standart həllərin tapılması təcrübəsi.

Şərtlər:

  • Maaş müsahibə əsasında təyin olunur;
  • Maraqlı və dinamik iş tapşırıqları;
  • Peşəkar və mehriban komanda;
  • Şirkətlə birgə inkişaf və irəliləmə imkanı.

Əsas bacarıqlar:

  • Müştərilərin axtarışı və cəlb edilməsi;
  • Telefon danışıqları;
  • Tibbi avadanlıq sahəsində biliklər;
  • Müqavilələrin bağlanması;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi.

İş vaxtı:

  • İş vaxtı: həftədə 5 gün 09:00-18:00 ;
  • İstirahət günü: Şənbə və bazar günləri ;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Labservis LTD tərəfindən digər vakansiyalar