İşin təsviri
Vəzifə öhdəlikləri:
- Çap və poliqrafiya xidmətlərinin satış planlarının və strategiyalarının hazırlanması.
- Rəqiblərin bazardakı fəaliyyətinin araşdırılması və uyğun satış strategiyalarının hazırlanması.
- Satış və marketinq fəaliyyətlərinin koordinasiyasının təşkili.
- Müştərilərlə görüşlərin təşkili və müvafiq müştəri bazasının yaradılması.
- Cari müştəri portfelinin idarə olunması və münasibətlərin qorunması.
- Telefon zəngləri və sosial media üzərindən qəbul edilən sorğuların peşəkar şəkildə operativ cavablandırılması.
- Sosial media, telefon və fərdi görüşlər yolu ilə müştərilərlə əlaqə saxlanılması, məhsul və xidmətlərin təqdimatı və satışı.
- Satış prosesinin bütün mərhələlərinin izlənilməsi və tamamlanmasına peşəkar nəzarət.
- Şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin təşkili və davamlı inkişaf etdirilməsi.
- Müştəri məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanmasında iştirak etmək.
- Satış göstəricilərinə dair hesabatların tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi.
- Fəaliyyətlərin effektivliyinin və səmərəliliyinin davamlı şəkildə təhlil edilməsi.
- Satış prosesinə aid rəqəmsal göstəricilərin sistemləşdirilməsi və təhlili.
- Çap bazarının izlənilməsi, müştəri tələbləri və rəqabət mühiti barədə məlumatların toplanması.
Namizəddən tələblər:
- Çap və poliqrafiya sahəsində satış təcrübəsi mütləqdir.
- Effektiv ünsiyyət qurmaq və yüksək səviyyədə təqdimatlar etmək bacarığı.
- Rəqəmsal marketinq alətləri və satış analitikası üzrə bilik və təcrübə.
- Analitik düşüncə tərzi və yaranan problemlərin operativ şəkildə həlli bacarığı.
- Komandada işləmə bacarığı.
- Müştəri məmnuniyyətinin qorunması və artırılması bacarığı.
- Satış məqsədlərinə nail olmaq üçün planlı və strateji yanaşma bacarığı.
- Rus və İngilis dillərini bilməsi üstünlükdür.
- Yaş həddi: 23–40.
İş haqqında:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Faiz (bonus) sistemi: Daxil olan hər bir müraciət satışından 5 % və kənardan cəlb olunan satışdan 10%.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul;
- 6 günlük iş qrafiki.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Korporativ Satış Meneceri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.