İşin təsviri
Qapı aksessuarları sahəsində lider olmağı bacaran Lador şirkəti müştərilərə keyfiyyətli məhsul və yüksək xidmət göstərmək üçün bütün gücünü ortaya qoyur. Komanda işini üstün tutaraq, kollektivə lazımı şərait yaradılır və hər kəsin öz sahəsində inkişafı və işini düzgün yerinə yetirməsi üçün dəstək göstərilir.
Hörmətli namizəd, əgər sən də özünü inkişaf etdirmək, yeniliklər olan mühitdə çalışmaq və bacarıqlarını artırmaq istəyirsənsə, səni bizim komandada görməkdən məmnun olarıq.
İş barədə məlumat
- Müştəriləri ofisdə qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı məlumat vermək
- Telefonla və online gələn sorğuları cavablandırmaq
- Mallar barədə müştərilərə informasiya vermək
- Məhsulların texniki xüsusiyyətlərini yaxşı bilmək
- Təklifləri hazırlamaq
- CRM ilə müştəri bazasını inkişaf etdirmək
- Satış texnikasi, məhsul üzrə fərdi təlimlər keçirilir
- İş qrafiki: Həftə ərzində 5 gün, iş saatları 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək Məcəlləsi əsasında sənədləşmə
- İcbari tibbi sığorta
- Satış hədəfinə çatdıqda, əlavə mükafat verilir
- Ünvan: Əhməd Rəcəbli 27b (Nərimanov metrosunun yaxınlığı)
Namizədə tələblər
- Pozitiv, müştəri yönümlü olmaq
- Kompüterdə sərbəst işləməyi bacarmaq
- İnsanlarla kommunikasiya qurmağı bacarmaq
- Ünsiyyətcil olmaq, xoş rəftarı bacarmaq
- Rus və İngilis dillərini bilmək üstünlükdür
- Nizamlı intizamlı olmaq
- Satış üzrə karyera arzusu olan
- Daima inkişaf etmək istəyən
Yaş həddi: 21 – 30
Maaş: 500-700
Aktiv şəhər telefon nömrəsi: +994125649479
Əlaqədar şəxs: Fərid Adbullayev
CV-ni [email protected] elektron ünvanına göndərərkən mövzu yerində “Satış Məsləhətçisi” qeyd etməyiniz rica olunur.