Qeydiyyatçı

  • Hotel
  • Elanın qoyulma tarixi: 25.07.2025

İşin təsviri

Tələblər: 

  • Otelə gələn qonaqları qeydiyyata almalı, onlara otaqlar təqdim etməli və otelimizi tərk edən qonaqları qeydiyyatdan çıxarmalı.
  • Mümkün olduğu hallarda qonaqların xüsusi tələblərini həyata keçirir. Qonaqların ödəniş etmə metodlarına və kredit-çek proseduralarına və ya nağd pulun kassirə təhvil verilməsinə nəzarət etməli.
  • Nəzarət vasitəsi ilə qonaqların oteli tərk etməsi prosesini idarə edir. Qonaqların otaq üçün etdiyi ödənişi qəbul edir.
  • Proseduralara müvafiq olaraq qonaqlara hesabı təqdim etmək, otaqlar üçün ödənişləri qəbul etmək və xarici valyutanın dəyişdirilməsi daxil olmaqla (otel proseduruna müvafiq olaraq) administrativ idarənin nağd köçürmələrinə nəzarət edir.
  • Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir. Müvafiq məsələlər üzrə lazımi tədbirlər həyata keçirir və ya onların həyata keçirilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verməli.
  • Təmizlik şöbəsi ilə otaqların vəziyyətini müəyyən ettməli.
  • Otaqların bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahib olmalı
  • Otelçilik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
  • Beynəlxalq qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi, əlavə olaraq isə rus dili biliyi üstünlükdür;
  • Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;

Əlaqə: +994102347111

Email: [email protected]

Hotel tərəfindən digər vakansiyalar