Məhkəmə işləri üzrə nümayəndə

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 19.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Vəzifənin adı:  Məhkəmə işləri üzrə nümayəndə

İşin məqsədi:

Reqress və subroqasiya işləri üzrə sığorta şirkətləri, fiziki və yaxud hüquqi şəxslərdən məhkəmə prosedur qaydasında sığorta ödənişlərinin şirkətə qaytarılmasını təmin etmək 

Namizədə tələblər:

Yaş:   25-40
Cinsi: kişi
Təhsil: ali
İş təcrübəsi: 2 il hüquq sahəsində təcrübə (məhkəmə işləri üzrə təcrübə vacibdir)
Dil bilikləri: Azərbayan, rus (arzu ediləndir)
Kompyuter bilikləri: MC Office

İş şərtləri

İş vaxtı: 09.00 – 18.00
İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş yeri: Bakı ş
Şirkət tərəfindən nahar
Əmək haqqı + rüblük motivasiya
Ölkə daxili ezamiyyətlər

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən xahiş olunur, öz CV formalarını [email protected] ünvanına göndərsinlər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.