Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
Proseslərin və xərclərin optimallaşdırılması;
Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
Maliyyə hesabatlarının hazırlanması;
Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 15
Əmək haqqı: 1000 AZN.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.