Satınalma üzrə mütəxəssis

  • Best Tech MMC
  • Elanın qoyulma tarixi: 13.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Daxili və xarici bazarlardan printer, kartric və digər texniki məhsulların planlı və operativ şəkildə alınması
  • Təchizatçılarla münasibətlərin qurulması və inkişaf etdirilməsi (qiymət, keyfiyyət və çatdırılma şərtlərinin razılaşdırılması)
  • Bazar qiymətlərinin mütəmadi monitorinqi və müqayisəsi
  • Şirkətdaxili satınalma tələblərinin toplanması və ehtiyac planlamasının aparılması
  • Logistika və gömrük məsələlərinin koordinasiyası (xarici alışlar zamanı)
  • Alınmış məhsulların qiymət və keyfiyyət baxımından təhlili, rəhbərliyə hesabatların təqdim edilməsi
  • Satınalma sənədlərinin tam və düzgün şəkildə hazırlanması və arxivləşdirilməsi

Namizəddən gözləntilər:

  • Satınalma və təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Yerli və beynəlxalq bazarlarla işləmə təcrübəsi, o cümlədən xarici tərəfdaşlarla yazışma
  • Analitik düşüncə, müqayisəli təhlil və qərarvermə bacarığı
  • MS Excel və ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili biliyi üstünlükdür
  • Detallara diqqətli, təşkiletmə bacarığı yüksək və vaxtında işi təhvil verə bilən namizəd

Təklif etdiyimiz imkanlar və iş rejimi:

  • Əmək haqqı: 700–800 AZN
  • Rahat və sistemli iş mühiti
  • Daxili və xarici bazarlarla işləmək imkanı və təcrübə qazanmaq şansı
  • Peşəkar komanda və inkişaf yönümlü mühit
  • 6 günlük iş qrafiki (bazar günü istirahət)
  • Rəsmi əmək müqaviləsi

CV-nizi “Satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Best Tech MMC tərəfindən digər vakansiyalar