İşin təsviri
Əsas vəzifələr:
- Brend və layihələr üçün vizual kontentin hazırlanması
- Çəkilişin planlaşdırılması, icrası və post-prodakşn prosesi (montaj, rəng düzəlişi və s.)
- Komanda ilə koordinasiyalı şəkildə işləmək və brief-lərə uyğun kontent istehsal etmək
- Lazım olduqda mobil telefon vasitəsilə sürətli və keyfiyyətli çəkilişlər həyata keçirmək
Tələblər:
- Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı
- Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramlarında təcrübə
- Rəqəmsal platformalar üçün uyğun qısa formatlı video kontent yaratma bacarığı
- Yaradıcılıq və estetik baxış
- Vaxtında təhvil və yüksək diqqət
Üstünlüklər:
- Mobiloqrafiya sahəsində bilik və təcrübə
- After Effects və digər qrafik proqramlarla işləyə bilmək
- Sosial media kontenti üzrə təcrübə
Təklif etdiklərimiz:
- Kreativ və peşəkar mühit
- Fərqli və maraqlı layihələrlə işləmək imkanı
- Rəqabətqabiliyyətli əməkhaqqı
Müraciət üçün CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Əsas seçim kriteriyalarından biri portfolio olacaq.