İşin təsviri
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Həftə içi 5 gün, saat 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar
Vəzifə öhdəlikləri:
- Ofisə daxil olan qonaqları və müştəriləri qarşılamaq, zəruri hallarda yönləndirmək;
- Telefon zənglərini cavablandırmaq və aidiyyəti şəxslərə yönləndirmək;
- Gələn və gedən e-mailləri və digər yazışmaları səliqəli şəkildə idarə etmək;
- Ofis sənədlərinin qeydiyyatını aparmaq və arxivləşdirmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik tapşırıqların vaxtında və dəqiq icrasını təmin etmək;
- Ofis avadanlıqlarının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsili;
- MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilən namizədlərə üstünlük verilir;
- Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan;
- Komandada işləmək bacarığına sahib.
Şirkətin təklifləri:
- Nahar təminatı
- Könüllü sığorta paketi.
- Rahat və dəstəkləyici iş mühiti;
- Peşəkar komanda ilə əməkdaşlıq imkanı;
- Karyera inkişafı perspektivləri;
Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına "Ofis Administratoru / Resepsiyonist" başlığı ilə göndərə bilərsiniz.