Baş merçendayzer

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 13.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağaza şəbəkəsi üçün merçendayzinq standartlarının hazırlanması və tətbiq edilməsi;
  • Merçendayzerlər komandasının işinin təşkili: tapşırıqların paylanması və yerinə yetirilməsinə nəzarət;
  • Təsdiq edilmiş planogramlara, yerləşdirmə standartlarına və vizual tərtibata riayət olunmasına nəzarət;
  • Qiymət kağızlarının, promo materiallarının və reklam elementlərinin mövcudluğuna və aktuallığına nəzarət;
  • Alıcıların diqqətini cəlb etmək üçün yeni məhsulların və aksiya mallarının düzgün yerləşdirilməsinin koordinasiyası;
  • Məhsul yerləşdirilməsinin effektivliyinin təhlili və satışları artırmaq üçün təkliflərin hazırlanması;
  • Mövsümi və tematik təqdimatların planlaşdırılması üçün digər şöbələri ilə əməkdaşlıq;
  • Merçendayzinq standartlarının yerinə yetirilməsi ilə bağlı hesabatların hazırlanması, məhsul satışı ilə əlaqəli təhlillər aparılması;
  • Məhsul çeşidin optimallaşdırılması və alıcı təcrübəsinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Elektronika sahəsində merçendayzinq trendlərinin və tətbiqlərinin izlənməsi və şəbəkədə ən yaxşı həllərin tətbiqi.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3 ildən;
  • Merçendayzinqin qaydaları üzrə dərin biliklər;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı;
  • İdarəetmə bacarıqları.

İş şəraiti:

  • İş günləri: I-VI günlər.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar