İşin təsviri
Vəzifənin Məqsədi:
- Şirkətin logistika əməliyyatlarının səmərəli, vaxtında və iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsini təmin etmək və təchizat zəncirini effektiv idarə etmək.
Əsas Vəzifə və Məsuliyyətlər:
- Yükdaşımanın təşkili və əlaqələndirilməsi (xüsusilə avtomobil yolu ilə – ölkədaxili və beynəlxalq).
- Daşınma və logistika şirkətləri ilə əməkdaşlığın qurulması və danışıqların aparılması.
- Təchizatçılarla daimi əlaqədə olmaq və portfeli genişləndirmək.
- Yükləmə və göndərmə sənədlərinin tam və düzgün hazırlanmasına nəzarət etmək.
- Gömrük prosedurlarının izlənməsi və aidiyyəti sənədlərin hazırlanması.
- Logistika xərclərinin təhlili və optimallaşdırılması.
- Sifarişlərin izlənməsi və vaxtında çatdırılmasının təmin edilməsi.
- Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- İdxal/ixrac əməliyyatlarının təşkili və izlənməsi.
Tələb Olunan Bilik, Bacarıq və Keyfiyyətlər:
- Rus və İngilis dillərini yazılı və şifahi şəkildə yüksək səviyyədə bilmək.
- Logistika sahəsində ən azı 4 illik iş təcrübəsinə malik olmaq.
- Geniş təchizatçı portfelinə və bazar biliklərinə sahib olmaq.
- MS Office proqramlarından səmərəli istifadə edə bilmək.
- Güclü ünsiyyət, danışıqlar aparmaq və komanda ilə işləmək bacarıqları.
- Stres altında işləmək və problem həll etmə qabiliyyəti.
- Diqqətli və məsuliyyətli olmaq.
İş Şərtləri:
- İş günləri: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
- Maaş: Müsahibə nəticəsində müəyyən olunacaq
- İş yeri: Çinar Park, Əhməd Rəcəbli küç.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.