İşin təsviri
Vəzifə və Məsuliyyətlər:
- Müştəri münasibətlərinin qurulması və inkişaf etdirilməsi; müxtəlif sahələrdəki potensial müştərilərlə davamlı əlaqənin təmin edilməsi.
- Satış görüşlərinin təşkili və idarə olunması, uğurlu satış nəticələrinin əldə edilməsi.
- CRM sistemində müştəri məlumatlarının dəqiq aparılması və daimi yenilənməsi.
- Satış strategiyasının hazırlanması, həyata keçirilməsi və aylıq nəticələrin təhlil olunaraq rəhbərliyə hesabat verilməsi.
Tələblər:
- Əla ünsiyyət bacarıqları və əlaqələr qurmaqda peşəkarlıq.
- Minimum 2 illik satış təcrübəsi və CRM sistemləri ilə işləmə bacarığı.
- Müsahibə aparmaq, danışıqları idarə etmək və təşkilati bacarıqların yüksək səviyyədə olması.
- Yazılı və şifahi kommunikasiya qabiliyyətlərinin yüksək olması.
- Orta səviyyədə ingilis dili bilikləri – üstünlükdür.
Əlavə Üstünlüklər:
- Satış və marketinq sahəsində ali təhsil.
- Geyim sektorunda satış üzrə təcrübə.
Əgər siz də yüksək motivasiyalı və nəticələrə fokuslanmış komndamızın üzvü olmaq istəyirsinizsə, CV və motivasiya məktubunuzu bizə [email protected] göndərin.
Velilla Şirkəti, əməkdaşlarının potensialına dəyər verir və uzunmüddətli, uğurlu əməkdaşlıqlara inanır. Birlikdə daha böyük uğurlara imza atmaq ümidindəyik!