Mühasib

  • ABV
  • Elanın qoyulma tarixi: 27.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunu aparmaq, əsaslı vəsaitlərin, xam mal, materialların və pul vəsaitlərinin istifadə edilməsinin hesabatının aparılmasına cavabdehdir.

Əmək funksiyası

  • Təsərrüfat əməliyyatlarının; əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, çəkilən xərclərin, məhsulun satışının, satın alınmasının, təsərrüfat maliyyə fəaliyyətlərinin baş verməsi anında onları əks etdirən ilkin uçot sənədlərinin tərtib edilməsini təmin etmək 
  • Məhsulun maya dəyəri kalkulyasiyasının tərtib edilməsi
  • Dövlət bütçəsinə ödəmələrin, sosial sığorta ayırmalarının, vergilərin hesablanması və ödənilməsini, iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitlərin köçürülməsi və bunlarla bağlı lazımi sənədlərin hazırlanması
  • Təh-təl hesab şəxslərlə iş və müvafiq müxabirləşmələrin aparılması
  • Əsas vəsaitlərin uçotu və amortizasiyalarının  hesablanması
  • İnzibatı xərclər üçün sənədlərin yığılması və yoxlanılması
  • Mühasibat blanklarının əlaqədar struktur bölmələrə paylanması və təqibi
  • İlkin sənədlərin tərtibatı zamanı qanun və əlaqədar təlimatlarda nəzərdə tutulmuş məlumatların sənədlərdə öz əksini tapmasına nəzarət edilməsi
  • Hesablar üzrə ödəniş tapşırıqlarının tərtib edilməsi və icrası
  • Gündəlik icra sənədlərin mühasibat uçotuna görə işlənilməsi

İş şəraiti

  • Həftə içi 5 gün, saat 09:00-18:00
  • Əmək haqqı 900 azn+
  • İş yeri: 71 Heydər Əliyev Prospekti, Naftalan

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizdələr CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.