İşin təsviri
İş barədə məlumat:
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- E-qaimələrin yazılması ;
- Gələn qaimələrin düzgünlüyünün araşdırılması
- Müqavilələrin tərtibi ;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsinin hesablanması ;
- Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının hazırlanması;
- Uçot üzrə bütün əməliyyatların müxabirləşmələrin 1C proqramına işlənilməsi ;
- Rəhbərliyin digər tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- Əmək haqqı: 800-1200 AZN
- Karyera inkişafı imkanı
- Korporativ telefon və nömrə ilə təminat
- İş yeri Yasamal rayon, İnşaatçılar pr 20 ünvanında yerləşir
Tələblər:
- Yaş həddi; 21-35
- Iş təcrübəsi; 1 ildən 2 ilə qədər
- Mühasibatlıq sahəsində təhsil arzuolunandır
- Müxabirləşmə,Dövriyyə balans cədvəlinin tərtibi barədə biliklər
- Vergi,Əmək və Mülki məcəllə barədə biliklərin olması üstünlükdür
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
- Daima inkişafa meyilli
- 1C-də işləmək bacarığı
- Office proqramlarını bilməli
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür.
- İşi planlamaq bacarığı
- Aktivlik,dəqiqlik və cəldlik
- Təşkilati, analitik bacarıqlar;
- Yaş həddi 21-35 yaş arası
Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Mühasib" kimi qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyinizi xahiş edirik.