İşin təsviri
                
                
                                
                Siz əldə edəcəksiniz:
	- Adekvat əmək haqqı və satışa görə bonuslar
 
	- Telefon danışıqları və yanacaq haqqının ödənilməsi
 
	- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
 
	- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
 
Vəzifə öhdəlikləri:
	- Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
 
	- Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
 
	- Təyin olunmuş satış və kassa planlarının icrası;
 
	- Müştərilərdən ödənişlərin toplanması;
 
	- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
 
	- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
 
	- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
 
	- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
 
Tələblər:
	- Ali və ya orta təhsil;
 
	- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
 
	- Yaş həddi: 25-45
 
	- Yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
 
	- Bakı şəhərini, onun rayonları və kəndləri üzrə məntəqələri tanımaq
 
	- Məsuliyyətli, dəqiq, ciddi, inkişafa meyilli olma
 
	- Sürücülük vəsiqəsi (B kategoriya), şəxsi minik avtomobili
 
İş şəraiti:
	- İş qrafiki: həftəiçi 5 gün
 
	- İş saatı: 09.00 - 18.00
 
	- İstirahət günləri: şənbə və bazar
 
	- Əmək haqqı: (fix + bonus) 1500+
 
Müraciət forması:
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış təmsilçisi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan email ünvanına göndərmək xahiş olunur.
Ünvan: Azərbaycan, Bakı şəhəri, Nizami Rayonu, Mehdi Abbasov küçəsi 43. (Q.Qarayev metro/st.yaxınlığı)