İT, təlim və dəstək şöbəsində mütəxəssis

İşin təsviri

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

İT, təlim və dəstək şöbəsində mütəxəssis

Namizədə dair tələblər:

• Riyazi - iqtisadi sahədə ali təhsilin olması (Proqram təminatının hazırlanması və dizaynı üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Microsoft Excel Access və Excel proqramlarda işləmə bacarığı;
• Analitik, statistik materialların hazırlanması və proqnozların tərtib edilməsi bacarığının olması;
• Azərbaycan və rus dillərində yaxşı səviyyədə, İngilis dilində texniki səviyyədə bilmə
• Əla ünsiyyət qurma və komandada işləmək bacarığı
İşin təsviri:
• Kompüter, ofis avadanlıqlarının və proqram təminatlarının istifadəsindən irəli gələn işlərin həyata keçirilməsi;
• Elektron məktublaşma və veb xidmətlər üzrə fəaliyyətin təmin edilməsi;
• Elektron hesabatların hazırlanması,
• İnternet səhifəsinə məlumatların yerləşdirilməsi yerləşdirilən informasiyaların məzmununa, əhatəliliyinə və etibarlığına nəzarət edilməsi və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 27.11.2014 - cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.