"Park inn by Radisson Azerbaijan" oteli.
Camaşirxana İşçisi
İŞ SAHƏSİ:
Cəmaşirxana Nəzarətçisinin və yaxud səlahiyyətli şəxsin ümumi rəhbərliyi və müəyyən edilmiş mehmanxana siyasətləri və proseduraları çərçivəsində, qonaqlara və daxili müştərilərə təmiz və vaxtı-vaxtında cəmaşirxana xidmətinin göstərilməsində yuma, ütüləmə işçilərinə və cəmaşirxana qrupunun digər üzvlərinə kömək etməyə cavabdeh olmaq.
Əsas Vəzifə Cavabdehlikləri:
• Mehmanxana və qonaq ağlarının yuyulma üçün çeşidlənməsinə kömək etmək
• Maşınların vaxtı-vaxtında doldurulması və boşaldılmasına kömək etmək
• Ağların və paltarların maşından maşına keçirilməsinə kömək etmək
• Ağların press ütüyə ötürülməsi
• Kimyəvi məmulatların vaxtı-vaxtında qədərincə əlavə edilməsinin təmin edilməsi
• Düzgün temperatur, təzyiq və su səviyyəsinin qorunub saxlanılması
• Maşınların və ərazilərin tiftiksiz saxlanılmasının təmin edilməsi
• Bütün cəmaşirxana şöbəsinin ümumi təmizliyinin təmin edilməsi
• Rəhbərliyin verdiyi göstərişə əsasən, işçilərin təlimi ilə bağlı bütün toplantılarda iştirak etmək
• Sağlamlıq və təhlükəsizlik təhlükələri haqqında Cəmaşirxana Müdirinə məlumat verilməsii
Namizədə olan tələblər:
• Diqqətli, səliqəli, operativ
• Müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır.
Əmək haqqı və iş qrafiki barədə məlumatlar müsahibədən sonra elan olunacaq
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] göndərin.
Şəkilsiz cv-lərə baxılmayacaq
Mövzuda – "Camaşirxana İşçisi" qeyd etməyiniz xahış olunur