Yüklərin anbara qəbulunu, saxlanılmasını və oradan təhvil verilməsini təmin etmək;
Anbara daxil olan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq, həmçinin sağlamlığına, qablaşdırmasına diqqət yetirmək;
Yükləri anbarda müvafiq yerlərə avadanlıqlar vasitələri ilə düzgün yerləşdirilməsinə nəzarət etmək, yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasını tələb etmək;
Zəruri hallarda - yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmamazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında rəhbərliyə məlumat vermək, yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
Yükün tərkibindən asılı olaraq, təhlükəli yüklər müəyyən olduğu təqdirdə həmin yük üzrə mütəxəssisi yükün qəbuluna cəlb etmək, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
Daşıma şirkətinə mənsub olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında və göndərilməsində iştirak etmək;
Digər anbarlara və yaxud istifadəyə veriləcək malların sənədlərini yoxlamaq və təhvil-təslim sənədlərini rəsmiləşdirmək;
Yükün qəbulu və istifadəyə təhvili üzrə məlumatları proqram təminatındakı məlumat bazasına əlavə etmək;
Anbarda olan yüklərin dövriyyəsini müvafiq hesabatlarda göstərmək, nəzarət etmək.