Sürücü-ekspeditor

  • Harvesso
  • Elanın qoyulma tarixi: 02.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən etibar olunmuş nəqliyyat vasitəsilə qeyd edilən ünvanlara bağlamalar və sənədlər çatdırmağı bacarmalıdır.
  • Gediləcək ünvanlarda əlaqədar şəxslərin nömrələri əvvəlcədən alınmalı və getməmişdən öncə əlaqə saxlanılmalıdır.
  • Məhsulları qəbul edərkən siyahı üzrə yoxlamalı və düzgünlüyünə əmin olmalıdır. 
  • Müştəriyə məhsulları təhvil verdikdən sonra müvafiq sənədlərin imzalanmasında iştirak etməlidir.
  • Sürücü məhsulların nəqliyyat vasitəsinə yüklənməsi və boşaldılmasından məsul şəxsdir. Lazım gəldikdə, bu məhsulları nəqliyyat vasitəsinə özü yükləyib boşaltmağı bacarmalıdır.
  • Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə və səliqəli olmasına nəzarət etməlidir. 

Tələb olunan bilik və bacarıqlar:

  • Təcrübə: Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi
  • Sürücülük vəsiqəsi: BC kateqoriyalı
  • Komandada işləmə bacarığı
  • Cins: Kişi

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-18:00;
  • İş yeri: Baki şəhəri, Xətai prospekti 34
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Maaş: 600 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü-ekspeditor” yazaraq Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərilməsi xahiş olunur.