Proqramlaşdırma bölmə müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proqramlaşdırma bölməsinin fəaliyyətini strateji hədəflərə uyğun şəkildə planlaşdırmaq, təşkil etmək və ümumi idarəetməni təmin etmək
  • Daxili və xarici sistemlər üzrə proqram təminatlarının yazılması, təkmilləşdirilməsi və texniki dəstəyinin təşkilinə rəhbərlik etmək
  • Şirkətin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq proqramlaşdırma layihələrinin prioritetləşdirilməsi və icra proseslərinə nəzarət etmək
  • Komandanın texniki inkişafını dəstəkləmək, mütəmadi bilik mübadiləsi və daxili təlimləri təşviq etmək
  • Layihələrin vaxtında və keyfiyyətli şəkildə tamamlanması üçün layihə idarəetmə metodologiyalarına əsasən (Agile, Scrum və s.) komanda ilə sıx işləmək
  • Yeni texnologiyaların, proqramlaşdırma dillərinin və avtomatlaşdırma həllərinin tətbiqini təşviq etmək və implementasiyasına rəhbərlik etmək
  • Kod keyfiyyətinin, sistem təhlükəsizliyinin və funksionallığın beynəlxalq standartlara (məsələn, ISO, OWASP və s.) uyğunluğunu təmin etmək

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə);
  • Təcrübə: Proqramlaşdırma və proqram təminatlarının inkişafı sahəsində minimum 5 il peşəkar təcrübə;
  • Müasir proqramlaşdırma dillərindən (məsələn: C#, .NET, Java, Python və s.) bir və ya bir neçəsində yaxşı səviyyədə;
  • Microsoft ekosistemi üzrə təcrübə (üstünlükdür);
  • Proqram təminatı layihələrinin idarə edilməsi üzrə biliklər (Scrum, Agile, Kanban və s.);
  • Analitik düşüncə və problem həll etmə, Qərarvermə və təşəbbüskarlıq bacarıqları.

Əlavə təminatlar:

  • Nahar
  • Servis xidməti
  • Korporativ nömrə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Proqramlaşdırma bölmə müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi