Mühasib (İstehsalat sahəsi)

  • FLY INN BAKU
  • Elanın qoyulma tarixi: 01.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bilməlidir:

  • Azərbaycan dili (Rus dili arzuolunandır);
  • 1C programını bilmək üstünlükdür;
  • Microsoft Office programları: Outlook, Word və Excel 
  • Vergi Qanunvericiliyi;

Bacarmalıdır:

  • Riyazi hesablama aparma, analitik təhliletmə qabiliyyəti.;
  • Operativlik;
  • Məsuliyyətli 
  • Detallara diqqətli;

Xüsusi tələblər:

  • Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil
  • Minimum 3 il iş təcrübəsi;
  • ACCA F2 Sertifikatı arzuolunandır.

Vəzifə öhdəlikləri

  • İstehsalat prosesində istifadə olunan xammal, material, enerji, əmək və digər resursların uçotunun düzgün aparılması.
  • Məhsulun maya dəyərinin hesablanması və analizi.
  • İstehsalatda baş verən əməliyyatların ilkin sənədlərinin toplanması, yoxlanılması və uçota alınması.
  • Müəssisənin daxili istehsalat dövriyyəsinin mühasibat uçotunda əks etdirilməsi.
  • Hesabat dövrü üzrə balansın və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak.
  • Əməkhaqqı, amortizasiya, enerji xərcləri və digər istehsalat xərclərinin düzgün uçotu.
  • Vergi və digər rəsmi orqanlara təqdim edilən hesabatların hazırlanmasına yardım göstərmək.
  • Aylıq, rüblük və illik inventarizasiyalarda iştirak və uçotla faktiki göstəricilərin uyğunluğunu yoxlamaq.
  • Mühasibat proqramlarında (1C) məlumatların düzgün daxil edilməsi və saxlanılması.
  • Rəhbərlik üçün maliyyə və istehsalatla bağlı analitik hesabatların hazırlanması.

Əmək şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
  • Könüllü tibbi sığorta;
  • Korporativ telefon və nömrə;
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Mühasib (İstehsalat sahəsi)” qeyd etməklə Müraciət Et düyməsində yerləşən mail-ə göndərə bilərlər.