ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Mühəndis-mexanik
İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 30-45, kişi
Əsas vəzifə öhdəlikləri:
• Tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
• İstehsalatın texniki hazırlığını təmin edir.
• Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
• Mexanika işləri üzrə bütün sistemə: qazanxana, soyuq su, isti su, istilik sistemi, havalanma, suvarma sistemi və s. vaxtaşarı texniki baxış keçirməlidir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
• Qeyd olunan işlərlə əlaqədar baş mexaniklə məsləhətləşməlidir və hesabat verməlidir.
• Müəssisənin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına əməl etməlidir.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.