Müxtəlif Vəzifələr

  • SƏBA
  • Elanın qoyulma tarixi: 11.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HAZIRDA “SƏBA” ŞİRKƏTİ AŞAĞIDA GÖSTƏRİLƏN VƏZIFƏLƏRƏ GÜCLÜ MÜTƏXƏSSİSLƏRİN AXTARIŞINI ELAN EDİR:
 
- Daxili Audit Departamentinin Rəhbəri;
- Təlim üzrə Menecer;
- Təchizat Zəncirinin idarə edilməsi(təchizat üzrə mütəxəssis, loqistika üzrə mütəxəssis, anbardar);
- Baş Mühasib, Maliyyə Meneceri.

Şirkət barədə qısa məlumat:

Hazırda "SƏBA" şirkəti Azərbaycanda toyuq ətinin istehsalı və satışı ilə məşğul olan lider şirkətlərindən biridir. Sürətlə inkişaf edərək, biz artıq süd məhsullarının istehsalı, eləcə də əkinçilik (əsasən taxıl və qarğıdalı) və restoran biznesi (Al Chicken) ilə də məşğul olmağa başlamışıq. "SƏBA" ticarət nişanı hazırda "Səba" ASC, "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, “Baku Food Company” MMC, “Dərin Emal” MMC, “Abşeron Damazlıq” MMC, “Səba Kredit” MMC və “Azimex” MMC şirkətlərini birləşdirir. Bu gün Azərbaycanda qida və yem məhsullarının istehsalı ilə məşğul olan "SƏBA" ticarət markası ətrafında birləşən müəssisələrin fəaliyyət missiyası "Keyfiyyətdə lider!" şüarı üzərində qurulubdur. "SƏBA" şirkətlər birliyinin əsas məqsədi xammal istehsalından tutmuş, hazır məhsulun alıcılara çatdırılmasınadək istehsalın bütün sahələrində keyfiyyəti ən yüksək mərhələyə çatdırmaq və onu qoruyub saxlamaqdan ibarətdir.
 
Əgər Siz “Səba” şirkətində çalışmaq istəyirsinizsə, məktuba əlavə olunmuş fayldakı sualları ( Saba.doc ) elektron variantında cavablandırmaq, çap variantını adi A4 formatında olan zərfin içinə qoyaraq, üzərində “SƏBA” ASC – cənab Natiq Quliyevə çatacaq” sözlərini yazmağınız xahiş olunur. Sonra zərfi yalnız “Azəri Express” kuryer şirkətinə təqdim etməlisiniz (əlavə ödəniş etmədən). 
 
Diqqət! Başqa kuryer şirkəti ilə, elektron məktubla və ya faksla göndərilən məktublara baxilmayacaq!