İşin təsviri
İş haqqında məlumat:
- İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
- Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
- Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
- Yükün qablaşdırılmasına diqqət yetirmək;
- Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
- «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
Tələblər:
- Orta ixtisas təhsili
- Müvafiq sahədə 1 il iş təcrübəsi
- MC Office və 1C proqram biliyi
- Bəy namizədlərə üstünlük verilir
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Əmək haqqı- 1000 AZN (nett)
- Unvan: Bakı şəh, Zirə Südçülük Sovxozu
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.