Baş mühasib

  • Azera Holding
  • Elanın qoyulma tarixi: 29.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əmək haqqı və DSMF ödənişlərin hesablanması,ödənilməsini təmin etmək
  • Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
  • Rüblük sadələşdirilmiş vergi bəyannaməsinin və Vahid rüblük hesabatın (DSMF)  təqdim olunması.
  • Maliyyə hesabatlarının tərtib olunması.

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Mühasib vəzifəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Maliyyə hesabatlarını bilməli
  • MS Office, 1C proqramını bilmək üstünlükdür.

İş şərtləri: 

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı: 2000 AZN
  • Ünvan: Bakı şəhər, Zirə Südçülük Sovxozu

Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Azera Holding tərəfindən digər vakansiyalar