Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Meneceri (SƏTƏM-HSE)

İşin təsviri

VƏZİFƏ: Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Meneceri  (SƏTƏM-HSE)

Tələblər:

İnşaat, Mexanika və ya Ekologiya Mühəndisliyi sahəsində Ali təhsilli
Yaxşı inglis dili biliyi
MS Office proqramları ilə işləmək bacarığı
Xarici layihələrdə ən az 2 illik iş təcrübəsinə sahib olmalıdır

Bilməlidir:

• Tikinti sahəsini
• Sağlamlıq və Təhlükəsizlik Siyasətini
• Sağlamlıq və Təhlükəsizlik Planını

Vəzifə öhdəlikləri:

•         Qəzalara gətirib çıxaran şərtlərin və tətbiqlərin təyin olunması və qiymətləndirilməsi və İdarəetmə mərhələsində problemləri ortadan qaldırmaq üçün lazım olan addımlarda tövsiyələr edilməsi və tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.
•         Sağlamlıq və Təhlükəsizlik Planının təftişlərinin həyata keçirilməsinə nəzarət etməsi.
•        Qəza və hadisə araşdırmalarının aparılması və müştəriyə veriləcək hesabatların tərtib edilməsi
•           Sahə gəzintilərində fəal iştirak edir.
•          Müayinə hesabatları və bu hesabatların nəticəsində hazırlanacaq tədbirlər planlarının YH Menecmenti və Müştəri üçün tərtib edilməsi məqsədi ilə tikinti sahəsi yoxlamalarının mütəmadi olaraq həyata keçirilməsi.
•          Bütün işçilərin işə qəbuldan əvvəl Sağlamlıq və Təhlükəsizlik təlimatından  keçirilməsi  və gündəlik olaraq SƏTƏM şərtlərindən xəbərdar olmasının təmin edilməsi.
•          Bütün Hayat Palace sahələrinin üst səviyyədə bir təmizlik içində tutulmasının təmin edilməsi.
•          Yanğın tədbirlərinə yönəlmiş ehtiyacların qiymətləndirilməsi və avadanlıq tədarük edilməsinin və vaxtı-vaxtında yoxlanışının təmin edilməsi.
•          Podradçıların Layihə Sağlamlıq və Təhlükəsizlik şərtləri ilə uyğunluğunun monitorinqi.
•          Ətraf mühitin çirklənməsinə yol aça biləcək və işçi sağlamlığına və təhlükəsizliyinə mənfi cəhətdən təsir edə biləcək tətbiqləri dayandırır və bu barədə Layihe Koordinatoruna hesabat verməsi.
•          İlk yardım imkanlarının və vəsaitlərinin hər zaman müvafiq miqdarda  və təyin olunmuş yerlərdə təmin edilməsi.

Əmək haqqı: Təcrübəyə əsasən razılaşma yolu ilə müəyyən olunacaqdır.

CV-ləri [email protected] ünvanına mütləq vakansiyanızı qeyd edib göndərməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaqdır.

Elanın bitmə tarixi: 30.10.14