Marketinq və PR Meneceri
Marketinq:
• Şirkətin marketinq strategiyasının hazırlanması üçün təkliflər verir və həyata keçməsini təmin edir.
• Şirkətin mövcud məhsul və xidmətlərinin yeni bazarlarını, qiymətini və müştəri qruplarını araşdırıb müəyyənləşdirir.
• Rəqib şirkətlərin təqdim etdiyi məhsulları araşdırır. Bazar araşdırmalarını təhlil edir və hesabat hazırlayır.
• Şirkətə münasibəti ifadə edən araşdırmaların və sorğuların məlumat bazasını yaradır.
• Bazar araşdırmaları məlumatları əsasında yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflər hazırlayır.
• Yeni məhsul və xidmətlərin yaradılması ilə bağlı işləri digər departament və şöbələrlə koordinasiya edir.
• Biznesin inkişaf imkanlarını araşdırır və təkliflər hazırlayır. Yeni layihələrin hazırlanması işini təşkil edir.
• Yeni layihə və məhsulların yaradılması istiqamətində əməkdaş şirkəti tapır və təklifləri departament müdirinə təqdim edir.
• Şirkətin bir brend kimi tanınmasında aktiv iştirak edir. Brendin bazarda daha yaxşı tanınması üçün təkliflər verir.
• Şirkətin ictimaiyyətlə əlaqələr işini qurur.
• Şirkətin fəaliyyəti ilə bağlı yerli Kütləvi İnformasiya Vasitələrində press-reliz və xəbərlərin yerləşdirilməsini təmin edir. Yeni məhsulların tanıtımını reallaşdırır.
• Media orqanlarında yayımlanan məlumatları mütəmadi izləyir.
• Şirkətlə əlaqədar olan mətbuat konfranslarını, sərgiləri, təqdimatları təşkil edir.
• Şirkətin internet səhifəsində məlumatların yenilənməsini təmin edir.
• Reklam siyasətini hazırlayır və müvafiq təsdiqdən sonra onun icrasını təmin edir.
Satış :
• Şirkətin müştəri bazasının formalaşdırılması işini təşkil edir.
• Müştəri məmnuniyyəti işinin təşkili və ölçülməsi istiqamətində o cümlədən sorğu və gizli müştəri layihələrini təklif edir və həyata keçirir.
• Müştəri xidmətləri işinin təkmilləşdirilməsi və yeni müştərilərin cəlb olunması ilə bağlı təkliflər hazırlayır.
• Şirkətin müştəriləri haqqında müxtəlif hesabatlar hazırlayır.
• Satışı və yeni müştərilərin cəlb olunması işini təşkil edir.
• Yeni satış texnologiyalarının tətbiqini təklif edir və bu sahədə işi koordinasiya edir.
• Şirkətə potensial müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərir.
CV-nin göndərildiyi ünvan: [email protected]
Yalnız seçilmiş ərizəmilərlə əlaqə yaradılacaqdır.