İnformasiya Təhlükəsizliyi Mütəxəssisi

  • Agile Solutions
  • Elanın qoyulma tarixi: 21.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsi: Şirkətin informasiya təhlükəsizliyi strategiyasına uyğun siyasət və prosedurların tətbiq edilməsi.
  • Risklərin idarə edilməsi: İnformasiya sistemlərinin və infrastrukturunun təhlükəsizlik risklərinin mütəmadi qiymətləndirilməsi və hesabatların hazırlanması.
  • İnsidentlərin idarə olunması: Kiber və informasiya təhlükəsizliyi insidentlərinin araşdırılması, insidentlərin qarşısının alınması və cavab tədbirlərinin hazırlanması.
  • Şəbəkə və sistem təhlükəsizliyi: Korporativ şəbəkənin, serverlərin və istifadəçi sistemlərinin təhlükəsizliyinin təmin edilməsi.
  • Monitorinq və analiz: Təhlükəsizlik tədbirlərinin effektivliyinin monitorinqi və təhlükə aşkarlandıqda operativ tədbirlərin görülməsi.
  • İT komandası ilə əməkdaşlıq: Şəbəkə və sistem təhlükəsizliyinin təkmilləşdirilməsi üçün İT mütəxəssisləri və kənar xidmət təminatçıları ilə sıx əməkdaşlıq edilməsi.
  • Təhlükəsizlik həllərinin idarə edilməsi: SIEM, DLP, NGFW, WAF, NAC və Endpoint Security kimi təhlükəsizlik həllərinin tətbiqi və idarə edilməsi.
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi: Firewall, VPN, IPS/IDS və digər təhlükəsizlik texnologiyalarının idarə edilməsi və optimallaşdırılması.
  • Uyğunluğun təmin edilməsi: ISO 27001, NIST, PCI DSS, COBIT və digər beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi.
  • Təhlükəsizlik siyasətlərinin tərtibi və auditi: Təhlükəsizlik siyasətlərinin və prosedurlarının hazırlanması və periodik auditlərin həyata keçirilməsi.
  • İstifadəçi məlumatlandırılması: İşçi heyətinin informasiya təhlükəsizliyi qaydaları və kibertəhlükələrlə bağlı maarifləndirilməsi və təlimlərin keçirilməsi.
  • Fors-major hallarda işləmək: Kiberhücumlar, məlumat sızması və digər fövqəladə hallarda operativ qərarların verilməsi və icrası.

Müraciət forması:

  • Email vasitəsilə: [email protected] (başlıqda vakansiyanın adı göstərilməklə)
  • Glorri.az portalı vasitəsilə

Namizədə tələblər:

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kiber Təhlükəsizlik və ya digər müvafiq sahədə ali təhsil.
  • Təcrübə: Şəbəkə və informasiya təhlükəsizliyi sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilmək; İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək arzuolunandır.

Texniki biliklər:

  • Şəbəkə təhlükəsizliyi və protokollar (TCP/IP, DNS, DHCP, VPN, VLAN, NAT və s.)
  • NGFW (Palo Alto, FortiGate və s.) və WAF administrasiyası.
  • Active Directory, LDAP, SIEM, DLP, IPS/IDS sistemləri.
  • Kriptoqrafiya və məlumat şifrələmə texnologiyaları.
  • İnformasiya təhlükəsizliyi standartları (ISO 27001, NIST CSF, PCI DSS, COBIT və s.).
  • Secure Email Gateway və e-poçt təhlükəsizliyi həlləri.

Sertifikatlar: Aşağıdakı beynəlxalq sertifikatlardan ən azı birinə sahib olmaq üstünlükdür:

  • CCNA Security
  • PCNSA (Palo Alto Networks)
  • CompTIA Security+/Network+
  • CySA+ (Cybersecurity Analyst)

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə və detallara diqqət yetirmək bacarığı.
  • Məsuliyyətli və təşəbbüskar olmaq.
  • Güclü problem həll etmə və risk idarəetmə bacarığı.
  • Komandada və fərdi işləmə bacarığı.

Əlavə üstünlüklər:

  • Şəbəkə və kibertəhlükəsizliklə bağlı real layihələrdə iştirak təcrübəsi.
  • Penetration testing (etik hackerlik) və zəiflik analizləri üzrə təcrübə.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.