Katibə-Referant

İşin təsviri

Vəzifə:  Katibə-Referant 

Vəzifə və öhdəlikləri:

• Ofis heyyətinin gündəlik fəaliyyətinin effektiv, zamanında və düzgün qaydada  
 olmasını təmin etmək üçün dəstək göstərmək:
• Poçtla göndərilən məktubları qəbul etmək, qeydiyyatını aparmaq və müvafiq işçiyə təhvil vermək;
• Gündəlik və həftəlik görüşləri müəyyən etmək;
• Ofisə lazımi avadanlıqların satın alınması, eləcə də avadanlıqlara texniki xidmətin
göstərilməsi və onların təmirini yönləndirməkdə Logistika Departamentinə dəstək.
• Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
• Hesabatların işlənib hazırlanmasında dəstək, onların nüsxəsinin İcraçı Direktora göndərilməsinə təmin etmək;
• Görüşləri təşkil etmək;
• Görüş üçün gündəlik və əlavə materiallar hazırlamaq;
• Görüşlərlə əlaqədar əlavə sənədlər hazırlamaq;
• İclaslarda protokollar tutmaq, onları təsdiq və icra etmək məqsədi ilə paylamaq;
• Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
• Telefon zənglərinə və elektron məktublara cavab vermək və onları yönləndirmək;
• Şirkət barədə müvafiq sorğuları telefon və ya email vasitəsilə cavablamaq;
• Printer, surətçıxarma və scan əməliyyatlarında Ofis heyyətinə dəstək.

Tələblər:

• Gündəlik inzibati və kargüzarlıq prosedurları haqqında məlumat;
• Aşağıdakılar daxil olmaqla dosyeləmə sistemi ilə bağlı siyasət və prosedurlar:
Faylların təşkili ilə əlaqədar sistem və üsullar
Müvafiq kargüzarlıq və ofis sistemləri
Məktubların göndərilməsi və qəbulu qaydaları
• Daşıma prosedurları, o cümlədən taksi və kuryer xidmətləri;
• Məlumatların emalı ilə əlaqədar sistem və prosedurlar;
• İngilis dili - əla səviyyədə, Azərbaycan və Rus dilləri;
• Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi;
• Ms Office və Outlook proqramları;
• Ofis texnikası, o cümlədən:
Kompüter, printer, surətçıxarma avadanlığı

İş Şərtləri:

İş yeri – Baş Ofis (Şəhərdə)
İş qrafiki: Bazarertəsi Cümə - 09:00-18:00/Şənbə - 10:00-14:00
Təminatlar: Nahar və telefon danışıqları

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Katibə-Referant” yazaraq şəkilləri ilə birlikdə CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

İşəgötürənin reytinqi