İşin təsviri
Walker's Coffee House Bakı Filialı İşçi Axtarır!
Bakıda yeni açılacaq Walker's Coffee House filialımızda işləmək üçün, şirniyyat və tortların hazırlanmasından məsul olacaq komanda yoldaşı axtarırıq.
İş Təsviri:
- Cheesecake, tiramisu və gündəlik təzə şirniyyatların müəyyən olunmuş reseptlərə uyğun hazırlanması.
- Gündəlik istehsal ehtiyaclarını müəyyən edərək, stok və sifarişlərin müntəzəm olaraq izlənməsi.
- Hazırlanan məhsulların vitrin və rəflərdə vizual standartlara uyğun şəkildə yerləşdirilməsi və müntəzəm olaraq nəzarət edilməsi.
- İş sahəsində qida təhlükəsizliyi və gigiyena qaydalarına ciddi şəkildə riayət edərək, təmiz və nizamlı iş mühitinin qorunması.
- İstehsal prosesində reseptlərə əməl edərək, keyfiyyət və standartların davamlılığını təmin etmək.
Tələb Olunan Xüsusiyyətlər:
- Tərcihən şirniyyat evi və ya butik kafe təcrübəsinə malik olan,
- Təkbaşına istehsal edə bilən, məsuliyyət götürməkdə istəkli və intizamlı,
- Zaman idarəetməsində uğurlu, praktik həllər tapa bilən,
- Gigiyena və təmizlik mövzusunda diqqətli və həssas,
- Müsbət enerjiyə sahib, gülərüzlü və komanda ilə işləməyə uyğun namizədlər üstünlük təşkil edəcəkdir.
İş Yeri:
Bakı Filialımız:
Ünvan: Bakı ş. Nəcəfqulu Rəfiyev küçəsi 70b
Müraciət:
Müraciətlərinizi yenilənmiş tərcümeyi-halınız (CV) ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanımıza göndərə bilərsiniz.
Walker's ailəsinə qoşulmaq üçün sizi səbirsizliklə gözləyirik!