Baş Mühasib

  • ROVEL TRADING MMC
  • Elanın qoyulma tarixi: 09.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarını idarə etmək;
  • Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq müəssisənin uçot siyasətini formalaşdırmaq;
  • Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqləmək;
  • Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunu təmin etmək;
  • Vergi və dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi.

Tələblər

  • Mühasib olaraq minimum 3 il iş təcrübəsi ;
  • Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
  • PMS olması üstünlükdür;
  • Vergi qanunvericiliyi və maliyyə analizi sahəsində biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Yüksək təşkilatçılıq və diqqətlilik;
  • Komanda ilə işləmək bacarığı;
  • Yaş həddi: 23-50

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
  • İş yeri: Babək Plaza, Babək prospekti
  • Əmək haqqı: Bilik və bacarıqlara uyğun razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

ROVEL TRADING MMC tərəfindən digər vakansiyalar