Aviakassir

  • ITS Tour
  • Elanın qoyulma tarixi: 08.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aviabiletlər üzrə daxil olan bütün sorğuları operativ şəkildə icra etmək.
  • Rezervasiyada olan dəyişiklik və ləğv edilmiş uçuşlar barədə müştəriləri operativ məlumatlandırmaq.
  • Müştərilərə, sorğularına əsasən ən uyğun marşrutları hazırlayıb təqdim etmək.
  • Bütün növ biletləri dəyişdirmək və ləğv etmək.
  • Səyahət marşrutları və müştərilərin şəxsi məlumatları ilə bağlı məxfilik tələblərinə riayət etmək.
  • Gündəlik satışlar üzrə hesabatlar aparmaq və onları qüsursuz şəkildə müvafiq məlumat bazasına daxil etmək.

Tələblər:

  • • Təhsil: Ali təhsil;
  • Təcrübə: Turizm sahəsində minimum 2 il təcrübə
  • Amadeus,Galileo NDC sistemlərdə biletlərin bronlaşdırılması,yazılması,qaytarılması və dəyişdirilməsi proseslərinin həyata keçirilməsi
  • Qrup biletlərinin yazılması və rəsmiləşdirilməsi
  • İATA sertifikatlı şirkətlərdə fəaliyyət göstərən
  • Dil bilikləri: Azərbaycan və rus dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili arzu olunandır
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Kreativ ideyalar və yaradıcılıq qabiliyyəti
  • Məsuliyyətli və diqqətli olmaq.

Biz nə təklif edirik 

  • Əmək haqqı 700-900 AZN (Təcrübəyə uyğun təyin olunur)
  • Satışlardan komissiya
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Pozitiv komanda
  • Gözəl ofis
  • Karyera inkişafı

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “AVİAKASSİR” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.