İşin təsviri
İş şəraiti
- İş Yeri: Bakı, Nəsimi rayon, Kövkəb Səfərəliyeva 16, Times Biznes Mərkəzi,
- İş rejimi: I-V günlər
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Müsahibəyə əsasən, stabil əmək haqqı +bonus
İş Təsviri:
- Satış ilə bağlı bazar araşdırmalarının aparılması, internet və digər media kanalları üzərindən Müştərilərin axtarışı, müxtəlif qaynaqlardan istifadə bacarığı;
- Satışın planlaşdırılması və icrası
- Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması;
- Müştərilərlə əlaqələrin yaradılması və idarə olunması
- Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi
- Satışın artırılması məqsədi ilə təkliflər verilməsi
- Aylıq satış planının yerinə yetirilməsinin təmin edilməsi
- Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak edilməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Razılaşma əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- İşgüzar biznes münasibətləri qurmaq və mövcud münasibətləri ikişaf etdirmək;
- Müştərilər və bazar haqqındakı məlumatların yenilənməsi
- Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq, əlaqələri inkişaf etdirmək,müştəri məmnuniyyətinin ölçülməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (Üstünlük);
- Azərbaycan, rus və ingilis dilində səlis danışma və yazma qabiliyyəti;
- Effektiv ünsiyyət bacarığı;
- Satış sahəsində minimum 2 illik iş təcrübəsi;
- Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
- MS Office proqramlarından yüksək səviyyədə bilməli;
- Planlaşdırma və hesabat qabiliyyəti;
- Qoyulan satış hədəfləri üçün məhsuldar iş qabiliyyəti
Çalışmaq arzusunda olan şəxslər elektron poçtun "mövzu" yerinə "Korporativ Satış Mütəxəssisi" qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
*Qeyd: Xahiş olunur CV-lər şəkilli olsun. Şəkilsiz CV-lərə baxılmayacaq.
Yalnız Azərbaycan vətəndaşlarının müraciəti nəzərə alınacaq.