Baş Mühasib

İşin təsviri

Dərman İstehsalı zavoduna təcili olaraq tələb olunur.
Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil mütləqdir.
  • İş təcrübəsi: 10 ildən artıq (İstehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • 1C 8.3 və Logics proqramlarını bilməli
  • Maliyyə və mühasibat üçotu üzrə ali təhsil
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi
  • Balans, Mənfəət – Zərər, Pul hərəkətləri haqqında hesabatlarının təqdim olunması
  • Mal – material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarını idarə etmək;
  • Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq müəssisənin uçot siyasətini formalaşdırmaq;
  • Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqləmək;
  • Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunu təmin etmək;
  • Vergi və dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi.

İş şəraiti:

  • Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş rejimi: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü, İstirahət bazar günü.    
  • İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 101
  • Əmək haqqı: 2000-2500 Azn 

Tələblərə uyğun şəxslər  şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mühasib” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Diamed Development Group MMC tərəfindən digər vakansiyalar