Vəzifə üzrə iş təcrübəsi mütləqdir. (ən azı 3-5 il)
Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
Elektronika-Avtomatika sahəsində ali təhsil
Elektrik çertyojları oxuma bacarığı
Analiz və təhlilləri apara bilmək bacarığı
Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalıdır(Ingilis-rus dili bilənlərə üstünlük veriləcək)
Kompüter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook
İş barədə məlumat:
Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi
İş şəraiti:
İş rejimi: 6 günlük iş qrafiki
İş saatları: 09:00-18:00
İş ünvanı: Bakı ş. Pirallahı ray.
Əmək haqqı: 1500-2000 Azn (başlanğıc)
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını qeyd edilmiş elektron poçt ünvanına, mövzu hissəsinə “Elektronika mühəndisi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Diamed Development Group MMC tərəfindən digər vakansiyalar