İnsan Resursları üzrə Koordinator

  • Holiday Inn Baku
  • Elanın qoyulma tarixi: 05.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin əmək müqavilələrini tərtib etmək, dəyişdirmək və xitam vermək;
  • Müxtəlif tipli əmrləri və digər sənədləri Əmək Məcəlləsinə uyğun olaraq düzgün hazırlamaq və vaxtında icra etmək;
  • Aylıq iş saatlarını izləmək və tabelləri tərtib etmək;
  • Dövlət portallarında gündəlik əməliyyatları həyata keçirmək
  • İşçilərin məzuniyyətlərini düzgün şəkildə qeydiyyatını aparmaq;
  • İşçilərlə bağlı məlumat bazasını yaradıb, onu mütəmadi olaraq yeniləmək;
  • İşçilərin davamiyyətini və intizamını izləyərək İnsan Resursları üzrə Menecerə mütəmadi hesabatlar təqdim etmək;
  • Mühasibatlıq şöbəsinə lazım olan məlumatları təqdim etmək;
  • Şöbənin fəaliyyətinə dair hesabatları hazırlayıb İnsan Resursları üzrə Menecerə təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Xarici dil bilikləri – İngilis və Rus dili;
  • Müvafiq sahədə iş və ya könüllülük təcrübəsi;
  • AR Əmək Məcəlləsi üzrə biliklər;
  • Elektron Hökumət Portalı ilə işləmək bacarıqları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə Koordinator” yazaraq “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur