İnşaat Üzrə Layihə Rəhbəri

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin həyata keçirilməsi
  • Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət standartlarına uyğun idarə edilməsi
  • Tikinti-quraşdırma işlərinin layihəyə, normativ sənədlərə və işçi çertyojlara uyğun icrasının təmin olunması
  • Tikinti sahəsində istifadə olunan materialların keyfiyyətinə nəzarət
  • Tikinti sahələrinə baxış keçirmək və işlərin monitorinqini aparmaq
  • Podratçılar və təchizatçılarla əməkdaşlıq, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət
  • Layihə-smeta sənədlərinin, iş həcmlərinin və spesifikasiyaların analiz edilməsi
  • Tikinti proqramlarının və təqvim qrafiklərinin tərtib edilməsi
  • Layihəyə dair hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, nəzarət planı, resurs bölgüsü və s.)
  • Materialların və konstruksiyaların qəbul olunması, anbara yerləşdirilməsi və sənədləşdirilməsi
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
  • Beynəlxalq və yerli tikinti normalarına uyğunluğun təmin edilməsi

Tələblər:

  • Ali təhsil – İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə
  • Minimum 5 il iş təcrübəsi – İnşaat layihələrinin idarə olunması sahəsində
  • Tikinti sahəsində normativ aktlar və qaydalar haqqında biliklər
  • Layihələrin idarə olunması metodologiyalarını bilmə və tətbiq etmə bacarığı
  • Komanda idarəetməsi və liderlik bacarıqları
  • Stressə davamlılıq və problemlərin həllində çeviklik – (arzuolunandır)
  • MS Office, AutoCAD, Primavera, Microsoft Project və digər müvafiq proqramlardan istifadə bacarığı – (arzuolunandır)
  • Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür 

İş Şəraiti:

  • Əmək haqqı – Təhsil, iş stajı və bacarıqlar nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir
  • Peşəkar inkişaf  imkanları

Maraqlanan namizədlər CV-lərini  elektron poçt ünvanına göndərə bilərlər.

Bizimlə işləyərək peşəkar karyera yüksəlişinizi təmin edin!