Modelyer

  • Nur Collection
  • Elanın qoyulma tarixi: 07.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhtəlikləri:

  • Dizaynerin eskizinə uyğun modelin konstruksiyanın hazırlanması, zərurət yarandıqda düzəlişlərin edilməsi.
  • İstehsala buraxılmağa hazır olan lekalların tam komplektinin hazırlanması.
  • Nümunələrin hazırlanma zamanı təklif olunan texnologiyalara riayət edilməsinə nəzarət.
  • Konstruksiv qüsurlarının aradan qaldırılması.
  • Ölçülərə görə qradasiya, kəsim sxemlərinin tərtib edilməsi.
  • Fabrik istehsalı üçün model nümunələrinin hazırlanmasına dair konstruktor-texnoloji sənədlərin (ölçü cədvəli, spesifikasiya, texniki təsvir) tərtib edilməsi.
  • Geyim nümunələrinin yoxlanılması və sınaq geyimlərinin uyğunluğunun qiymətləndirilməsi prosesində iştirak.

Tələblər:

  •  “GERBER” 14.2 versiyasında konstruksiya və model qurma proqramlarında işləmə bacarığı.
  •  Qadın, uşaq və kişi geyimlərinin konstruksiya sahəsində ən azı 5 il iş təcrübəsi.
  •  Parça növlərini, onların xüsusiyyətlərini və istehsal prosesində spesifik tələbləri bilmək.
  •  Geyimin oturuşundakı qüsurları düzgün və operativ şəkildə düzəltmə bacarığı.
  •  İşinə məsuliyyətli yanaşma, dəqiqlik, yaradıcı yanaşma və tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şəraiti:

  • Ünvan: Masazır dairəsi 
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin edilir
  • iş qrafiki: 6 günlük (qısaldılmış iş qrafiki)